“Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı

22.07.2024 15:14 299
Ölkə futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Komandanın baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də "Dalğa Arena"da jurnalistlərin suallarını cavablandıracaq.

Bakı klubunun media üçün açıq məşqi isə "Qarabağ Arena"da, saat 19.00-da başlayacaq.

Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19.00-da "Dalğa Arena"da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20.00-a planlaşdırılıb.

Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.