Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və açıq məşqlərin vaxtı məlum olub.
"Football-plus.az" xəbər verir ki, əvvəlcə saat 17.30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və bir futbolçu media mənsubları önünə çıxacaq. Saat 18.30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək. “Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19.30-da baş tutacaq. Saat 20.00-da isə komandanın oyunöncəsi son məşqi gerçəkləşəcək.
Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.