Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi

16.07.2023 16:51 271
Çempionlar Liqası
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

"Football-plus.az" xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 18-i saat 17.40-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 17.55-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı isə 19.00-da, açıq məşqi isə 19.15-də Bakı Olimpiya Stadionunda reallaşacaq.