Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 21.30-da Cənubi Kiprin Limassol şəhərindəki “AEK Arena” stadionunda keçiriləcək “Aris” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Football-plus.az xəbər verir ki, tədbir iyulun 20-si Bakı vaxtı ilə saat 21.00-da “AEK Arena”nın mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 21.30-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq. Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19.15-də “Aris”in baş məşqçisi Aleksey Şpilevski və qapıçısı Vana Alvesin iştirakı ilə mətbuat konfransı, 19.45-də isə rəqibin açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayınlanması nəzərdə tutulub.