Azərbaycan – Estoniya: Açıq məşq və mətbuat konfransı

15.06.2023 15:33 309
Yığma
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı dəqiqləşib.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazi öncə media nümayəndələri qarşısına çıxacaq.

İtaliyalı mütəxəssisin mətbuat konfransı iyunun 16-ı saat 11.00-da olacaq. 11.30-da isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

Estoniya millinin baş məşqçisi Tomas Heberli 17.30-da mətbuat önünə çıxacaq. Millimizin rəqibi 18.00-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə çıxacaq.