“Zirə” - “Şerif” matçının mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı

15.07.2024 15:14 265
Ölkə futbolu
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, ilk olaraq iyulun 17-si, saat 17.30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun "Lov Bona Dea Arena"da mətbuat konfransı baş tutacaq.

1 saat sonra isə "Şerif"in baş məşqçisi Yuri Huran mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

"Zirə"nin media üçün açıq məşqi saat 18.45-də "Qarabağ Arena"da, "Şerif"in məşqi isə 19.00-da "Liv Bona Dea Arena"da gerçəkləşəcək.

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.