“Yuventus”da vəziyyət getdikcə daha ciddi görkəm alır. Komandanın İtaliya çempionatında növbəti uğursuzluğu tezliklə vacib dəyişikliklərlə müşayiət oluna bilər.
"Football-plus.az" xəbər verir ki, “Cenoa”ya məğlubiyyətdən (0:2) sonra rəhbərlik, baş məşqçi Luçano Spalletti və futbolçular arasında iclas keçirilib. “Gazzetta.it” portalının məlumatına görə, hazırkı vəziyyəti qəbuledilməz hesab edın rəhbərlik hadisələrin belə axarda davam edə bilməyəcəyini vurğulayıb. Bununla yanaşı, məlumata görə, məşqçilər heyətində dəyişiklik nəzərdə tutulmur.
Həmçinin “Yuventus”un futbolçuları cümə günündən bazar günü “Napoli” ilə keçiriləcək vacib oyuna qədər klubun “Kontinassa” bazasında qalacaqlar. Klub rəhbərliyinin nümayəndəsi Covanni Karnevale Bremer və komanda yoldaşlarından həm nəticələrdə, həm də meydandakı davranışlarında dərhal dəyişiklik etmələrini tələb edib. Futbolçulara rəhbərliyin, sahiblərin və azarkeşlərin ümidlərini doğrultmalı olduqları xatırladılıb.
Yerli mənbələr isə “Napoli” ilə matçın nəticəsinin Spallettinin gələcəyi baxımından həlledici ola biləcəyini qeyd edir. Müxtəlif qaynaqlarda baş məşqçi vəzifəsinə Stefano Pyoli, Didye Deşam və Antonio Kontenin təyin oluna biləcəyi iddia edilir.
“Yuventus”un oyunçuları bazaya təhkim olundular
Dünya futbolu




