"Dəyişiklik etmək üçün az futbolçu var idi" - Yuri Maksimov

7.11.2026 19:02 0
Ölkə futbolu / Manşet
"Araz-Naxçıvan" Misli premyer-liqasının 11-ci turunda səfərdə "Şəfa" ilə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Dəyişkən oyun oldu. Zədəli futbolçular var idi. Qələbə qazana bilməsək də, oyundan razı qaldım. Öz səhvlərimizdən sadə qollar buraxırıq. Dəyişiklik etmək üçün az futbolçu var idi. Çempionatda ikihəftəlik fasilə olacaq. Zədəli futbolçular fasilədə bərpa olunub komandaya qoşulacaqlar. Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Ukraynada da hazırda müharibə gedir. Ona görə də bu vəziyyəti başa düşürük.

- Komanda ilk dövrəni qələbəsiz başa vurdu. İkihəftəlik fasilədə nələri dəyişməyi planlaşdırırsız?
- Dediyim kimi, zədəli oyunçular var. "Zirə" ilə matçda üç futbolçu zədələndi. İkihəftəlik fasilədə onlar qayıdacaqlar. Məşqləri davam etdirəcəyik.

- Növbəti turda lider "Neftçi"yə qarşı oynayacaqsız. Futbolçuları matça kökləmək çətin olacaq?
- Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq üçün çıxırıq.

- Fasilədə yoxlama oyunu keçirməyi planlaşdırırsız?
- Vacib olan zədəli futbolçuların komandaya qayıtmasıdı. Onlar vacib oyunçulardı.