“Kəpəz” növbəti transferini elan etdi

21.07.2024 22:58 346
Premyer-liqa
"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

“Football-plus.az” xəbər verir ki, albaniyalı Redon Mihana Gəncə təmsilçisinə keçib.

25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov və Lassana Ndiayeni də transfer edib.