“Kəpəz”in arzusu reallaşmadı – o, pula görə klubdan imtina etdi

9.07.2024 12:05 1 746
Ölkə futbolu / Manşet
“Kəpəz”in heyətini “Laçi”nin yetirməsi Redon Mihanayla gücləndirəcəyini xəbər vermişdik. Gəncə təmsilçisi 25 yaşlı sol cinah müdafiəçisiylə birillik müqavilə bağlamaq niyyətində idi. Lakin işlər yolunda getməyib.

“Football-plus.az”ın məlumatına görə, futbolçuyla klub arasında razılıq əldə olunmayıb. Danışıqların son mərhələsində daha sərfəli təklif alan Mihana “Kəpəz”ə keçməkdən imtina edib. Maliyyə durumuyla bağlı çətin günlər yaşayan “sarı-göylər” isə vəziyyətlə barışmalı olub.

Qeyd edək ki, gəncəlilər yay “transfer pəncərəsi”ndə cəmi iki transfer edib. Bunlar Elmir Tağıyevlə Nicat Süleymanovdu.

KƏNAN BAHADIR