“Kəpəz”in növbəti transferi

11.07.2024 21:33 357
Premyer-liqa
"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Lkoça son olaraq Andorra çempionatında "Santa Koloma" klubunda oynayıb.

Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov və Paulo Rojerionu da heyətə cəlb edib.