“Kəpəz” daha bir legionerlə gücləndi

18.07.2024 15:31 485
Aktual / Ölkə futbolu
“Kəpəz”in 25 yaşlı sol cinah müdafiəçisi Redon Mihana ilə danışıqlar apardığını yazmışdıq.

“Football-plus.az”ın məlumatına görə, Gəncə təmsilçisi futbolçunu düşərgəyə gətirməyi bacarıb. Albaniyalı srağagün tibbi müayinədən keçib və transferə mane olacaq hansısa problem aşkarlanmayıb. “Sarı-göylər” bu gün onunla birillik müqavilə imzalayacaq.

Qeyd edək ki, “Kəpəz” buna qədər Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye kimi futbolçularla güclənib.

KƏNAN BAHADIR