• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” iki transferi bitirmək üzrədi - Cenk Tosun bir nəhəngdən digərinə yollanır

Dünya futbolu

18-07-2024, 21:0

Joze Mourinyonu gətirməsinə rəğmən, transferdə susqun görünən “Fənərbaxça” bu həftədən etibarən fanatlarını sevindirmək niyyətindədi.

Şayiələrə inansaq, artıq iki yeni ismin keçidi həll olunub. Bunlardan biri Allan Sen-Maksimen, digəri isə Cenk Tosundu. “Nyukasl”dakı çıxışı ilə tanınan və ötən yay 27 milyon avroya Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”yə yollanan Sen-Maksimen qısa müddət ərzində İstanbula gələcək. Əslində bir ara bu transfer düyünə düşmüşdü. Çünki Səudiyyə Ərəbistanı Futbol Federasiyasında klubların maddi durumuna nəzarət edən komitə bu keçidə veto qoymuşdu. Daha doğrusu, həmin komitə futbolçunun icarəyə verilməsinə qarşı idi.

“Fənər” isə Qvadelupe əsilli fransalı vingeri daimi əsasda transfer etmək gücündə deyildi. Uzun danışıqlardan sonra ərəblərin belə desək, müqavimətini qırmaq mümkün oldu. Daha öncə “Sent-Etyen”, “Hannover-96”, “Bastiya”, “Monako”, “Nitsa” və “Nyukasl”da top qovmuş Sen-Maksimen 2023/24-də 31 rəsmi oyunda 4 qol, 10 məhsuldar ötürmə ilə fərqlənib. Cenk Tosunu isə Türkiyə futbolu ilə yaxından maraqlananlara xüsusi təqdim etməyə ehtiyac yoxdu. Məhz “Qartal”da ulduz səviyyəsinə yüksələn və karyerasının ən yaxşı illərini bu klubda keçirən təcrübəli forvard əzəli rəqibin heyətinə keçmək üzrədi. Mayın 31-dən azad agent statusunda olan bu futbolçu ilə rəhbərlik arasında heç cür yeni müqavilə ilə bağlı razılıq əldə olunmadı. Halbuki ötən mövsümün gedişində Türkiyə mətbuatı dəfələrlə onların anlaşmağa yaxın olduğunu iddia etmişdi.

33 yaşlı futbolçu “müqaviləmin müddəti bitəndən sonra “Beşiktaş”dan yeni təklif gözlədim, amma təklif irəli sürmədilər” ifadəsini işlədib. Komandanın baş əlaqələndiricisi Samet Aybaba isə “biz hələ AÇ-dən əvvəl onunla bir yox, bir neçə dəfə görüşdük, amma pul məsələsini müzakirə etmədik” sözləri ilə Cenkin cavabını verib. Beləcə Tosunun “Beşiktaş” macərası heç də xoş şəkildə başa çatmadı. Cenkin tətilini başa vuraraq bu gün İstanbula gələcəyi və “Fənərbaxça” ilə ikiillik müqavilə imzalayacağı gözlənilir. Bu iki il ərzində onun ümumi qazancı imza parası da daxil olmaqla 2,5 milyon avronu ötməyəcək. Hər halda, bu, türkiyəli həmkarlarımızın iddiasıdı. Karyerasına “Ayntraxt”da başlayan, daha sonra “Qaziantepspor”da adından söz etdirən Cenk Tosun 2014-dən bəri üç fərqli dönəmdə “Beşiktaş”ın şərəfini qoruyub. Bu müddətdə onun “Everton” və “Kristal Pelas” macərası da olub. Cenk “ağ-qaralar”da ümumilikdə 226 rəsmi oyunda 96 qol, 28 məhsuldar ötürmə ilə fərqlənib və 5 titul qazanıb.

Onu da bildirək ki, “Fənərbaxça” Avstriya toplanışını başa vuraraq vətənə qayıdıb. İyulun 13-də, toplanışın son günündə “Fənər” Fransa təmsilçisi “Strasbur”u Şimanski, Tadiç, Kent və Cekonun qolları ilə darmadağın edib – 4:0. Bütün qollar ilk yarıya təsadüf edib. İyulun 23-də “sarı-lacivərdlilər”i ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Luqano” ilə qarşılaşacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-07-2023, 19:0

Pulu ÇL-də oynamaqdan üstün tutdu

Dünya futbolu / Manşet

12-07-2024, 20:0

Mourinyo bu ulduzu Türkiyəyə gəlməyə razı sala bildi

Dünya futbolu

25-06-2022, 13:0

''Nyukasl'' ərəblərin milyonları ilə keyf edir

Dünya futbolu

2-02-2023, 17:0

“Fənərbaxça”nın transfer gündəmi

Dünya futbolu

31-01-2023, 13:0

''Fənərbaxça'' transferdə öz rekordunu yenilədi

Dünya futbolu

21-01-2023, 14:0

''Fənərbaxça'' oynatmadığı oyunçunu transfer etdi!

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə