Pulu ÇL-də oynamaqdan üstün tutdu

30.07.2023 19:51 232
Dünya futbolu
Allan Sen-Maksimen “Nyukasl”ı tərk edir.

“Football-plus.az” xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabı vasitəsilə məlumat verib. Fransalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 26 yaşlı yarımmüdafiəçi “Əl-Əhli”dən aldığı cəlbedici təklifi qəbul edib.

Sen-Maksimen “Nyukasl”da 2019-cu ildən çıxış edir. Komanda ötən mövsüm premyer-liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.