Millimiz qrupu sonuncu pillədə tamamladı

17.07.2024 01:04 325
Yığma
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan milli İsveçrə ilə qarşılaşıb. Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda oynanılan görüş İsveçrə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Türkiyə Macarıstana qalib gəlib - 4:1.

Beləliklə, Azərbaycan millisi qrupu 4 xalla sonuncu pillədə başa vurub. İsveçrə qrup birincisi kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. 2-ci olan Türkiyə millisi isə pley-of oynayacaq.