Millimiz Avropa çempionatının final mərhələsində

6.06.2022 11:12 556
İdman
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, yığma Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinalda Lüksemburqa (15-13), finalda isə İrlandiyaya (20-16) qalib gəlib.

Bununla da Azərbaycan millisi 9-11 sentyabrda Avstriyanın Qrats şəhərində keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.