Millimiz böyük hesabla məğlub oldu

12.07.2024 22:16 370
Yığma
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

“Football-plus.az” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunun 5-ci turunda Macarıstanla qarşılaşıb. Görüş rəqibin 5:0 qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra millimiz 4 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Macarıstan yığması isə 7 xalla ikinci yerə yüksəlib.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.

12 iyul

20:00.Azərbaycan - Macarıstan - 0:5
Baş hakim: Jelena Pejkoviç
Liv Bona Dea Arena