Azərbaycan millisi məğlub oldu

28.03.2023 17:53 224
Yığma
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığma Bosniya və Herseqovinada baş tutan matçda Monteneqro kollektivi ilə qarşılaşıb.

Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Beləliklə, 2-ci qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub.