Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
“Football-plus.az” xəbər verir ki, “Sabah”ın oyunçusu Xanım Əsədova milliyə qoşulub. Millimiz Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.