Türkiyə AÇ-ni xalsız başa vurdu!

24.05.2022 22:57 428
Dünya futbolu
İsraildə futbol üzrə 17 yaşlılar arasında Avropa Çempionatının final mərhələsi davam edir.

"Football-plus.az" xəbər verir ki, turnirdə qrup mərhələsinə yekun vurulub. Qardaş Türkiyə yığması üçün turnir çox uğursuz alındı. ''Ay-ulduzlular'' dünən qrupun sonuncu oyununda Belçika ilə qarşılaşıblar. Görüş belçikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tel-Əvivdəki ''Ness Tsiona Munisipal'' stadionunda baş tutan oyunda Türkiyənin yeganə qolunu 76-cı dəqiqədə Can Yılmaz vurub. Belçikanın heyətində isə 62-ci dəqiqədə penaltidən Muzambo, 72-ci dəqiqədə Spileers və 77-ci dəqiqədə Qodts fərqlənib.

Bununla da üçüncü oyundan da məğlubiyyətlə ayrılan Türkiyə qrup mərhələsinə 0 xalla sonuncu pillədə tamamlayıb. Türklər ilk görüşdə İspaniyaya 0:2, ikinci görüşdə Serbiyaya 1:2 hesabı ilə məğlub olmuşdu. Bu qələbə ilə xalını 4-ə yüksəldən Belçika qrupdan çıxa bilməyib. Bu qrupu İspaniya 7 xalla birinci, Serbiya 5 xalla ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıb.