Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev hələ də klubsuzdu.
Bir müddət əvvəl “Adana Dəmispor”dan ayrılan qapıçı hazırda Mahaçqalada dincəlir. Qolkiperin adı bir neçə klubla yanaşı hallansa da, hələ də ortada rəsmi anlaşma yoxdu. Hazırda sabiq “Qarabağ”lıya iki dəvət var.
“Football-plus.az” Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin “Eyupspor” və “Bodrumspor” klubları Şahruddinə rəsmi təklif göndərib. Arda Turanın çalışdırdığı komanda qolkiperə ikiillik müqavilə təklif edib. Amma millimizin üzvü hələ ki onlara konkret cavab verməyib.
Xatırladaq ki, 29 yaşlı qapıçı son mövsümü "Adana Dəmirspor"da keçirib, 2016-23-cü illərdə isə "Qarabağ"ın qapısını qoruyub.
RÖYANƏ OĞUZ