Şahruddin Məhəmmədəliyevin komandasında ayrılıq

26.09.2023 11:34 343
Dünya futbolu
Millimizin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" qapıçılarından biri ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, Adana təmsilçisi Qoran Karaçiçin müqaviləsinə xitam verib.

Halbuki, bosniyalının Türkiyə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədə idi.

27 yaşlı qapıçı 2022-ci ilin yayında "Adana Dəmirspor"la anlaşmışdı.