“Biz ayrılmasını istəməsəydik, ayrılmazdı” - “Adana Dəmirspor”un prezidentindən Şahruddin açıqlaması

26.06.2024 19:52 1 167
Dünya futbolu / Manşet
Şahruddin Məhəmmədəliyev srağagün “Adana Dəmirspor”dan ayrıldı.

“Football-plus.az” xəbər verir ki, dərhal da “Qarabağ” yada düşdü. Maraqlıdı ki, azarkeşlərin böyük əksəriyyəti Şahın Ağdam klubuna mümkün dönüşünü qıcıqla qarşılayır. Onun Türkiyə klubununda ayrılmasının maliyyə problemi ilə bağlı olduğu da bəllidi. Bəs “Adana Dəmirspor” qapıçının ayrılmaq qərarını necə qarşılayıb? Klub prezidenti Murat Sancakın “Football-plus.az”a açıqlaması:
“Bizdə heç kimin pulu qalmaz, hamısı ödənilir. Şahruddin özü getmək istədi. Biz ayrılmasını istəməsəydik, ayrılmazdı”.


RÖYANƏ OĞUZ