Şahruddinin “Adana Dəmirspor”a keçidi rəsmiləşdi

8.09.2023 16:29 342
Dünya futbolu
Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı qapıçı yeni komandası ilə müqavilə bağlayıb.

“Qarabağ”dan ayrılaraq Türkiyə klubu ilə anlaşan qolkiperin “Adana Dəmirspor”la sözləşməsinin müddəti 2 illik nəzərdə tutulub.