Şahruddin "Adana Dəmirspor"a pulsuz keçib? - RƏSMİ AÇIQLAMA

9.09.2023 20:51 763
Ölkə futbolu / Manşet
Millimizin üzvü Şahruddin Məhəmmədəliyevin Türkiyənin "Adana Dəmirspor" klubuna transfer olunduğundan xəbəriniz var. Qolkiper superliqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Mediada yayılan məlumata inansaq, oyunçu üçün "Qarabağ"a ödəniş edilməyib. Görəsən, bu, həqiqətdi? Sualımızı klubun baş meneceri Asif Əsgərova ünvanladıq. Ağdam təmsilçisinin rəsmisi "football-plus"a açıqlamasında bunları söylədi:

"Şahruddin "Adana Dəmirspor"a transfer olunub. Futbolçunun bizimlə müqaviləsi var idi. Sonra Türkiyə klubu onunla maraqlandı. Belə məsləhət oldu ki, oyunçumuzun superliqa klubuna keçidinə maneə törətməyək".

İLKİN SULTANLI