"Qarabağ"ın ÇL-dəki rəqibi müəyyənləşir

16.07.2024 11:56 270
Avrokuboklar / Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilir.

Bu mərhələnin "Linkoln" (Cəbüllütariq) - "Hamrun" (Malta) cütünün qalibi ikinci raundda "Qarabağ"ın rəqibi olacaq.

Cəbüllütariq təmsilçisi ötən həftə Maltadakı səfər matçında 1:0 hesabı ilə qələbə qazandıb. Odu ki, bu komandanın növbəti mərhələyə adlamaq şansı daha yüksək qiymətləndirilir.

Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Görüşü Fransa Futbol Federasiyasından Erik Vattellyenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" ikinci təsnifat mərhələsində ilk matçı səfərdə (23 və ya 24 iyul), cavab görününü Bakıda (30 iyul) keçirəcək. Hazırda Ağdam təmsilçisi Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışındadır.