“Qarabağ” ÇL-də ilk oyununu səfərdə keçirəcək

6.07.2024 17:36 380
Çempionlar Liqası
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununun vaxtı məlum olub.

“Football-plus.az” xəbər verir ki, "Qarabağ" bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA-nın rəsmi saytı "Qarabağ"ın cavab matçının iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyini və oyunun saat 20:00-da başlayacağını açıqlayıb. Ağdam təmsilçisi ilk oyunu iyulun 23-də səfərdə keçirəcək.