"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu bu raundda Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.