"Sabah"ın rəqibindən yeni transfer

15.07.2024 12:03 236
Ölkə futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” (Hayfa) klubu daha bir transfer edib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Ethan Azulay heyətə cəlb edilib. İsrail millisinin 22 yaşlı üzvü ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Sabah” "Makkabi" ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.