“Sabah”ın rəqibindən önəmli həmlə

11.07.2024 23:11 309
Dünya futbolu
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, Hayfa təmsilçisi Kiyev "Dinamo"sundan Aleksander Sirotanı icarəyə götürüb. 24 yaşlı ukraynalı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü İsrail klubunun heyətində keçirəcək.

Qeyd edək ki, "Sabah" – “Makkabi” matçı iyulun 25-i Macarıstanda, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.