“Sabah”ın rəqibindən qələbə

5.07.2024 10:55 308
Avrokuboklar
“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa) yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, İsrail təmsilçisi Andorranın “İnter Eskaldes” klubu ilə qarşılaşıb. Matç “Makkabi”nin qələbəsi ilə başa çatıb – 3:1.

Qeyd edək ki, “Sabah” Hayfa təmsilçisi ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.