"Sabah"ın rəqibindən növbəti qələbə

8.07.2024 12:16 304
Dünya futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah”ın rəqibi olan “Makkabi” İspaniya toplanışında növbəti yoldaşlıq oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Hayfa təmsilçisi Andorranın "Atletik” klubu ilə üz-üzə gəlib.

Görüş "Makkabi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İsrail klubu bundan əvvəl Andorranın digər təmsilçisi “İnter”ə eyni hesabla qalib gəlmişdi.

“Sabah” "Makkabi" ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.