"Sabah"ın rəqibi yoxlama oyununda uduzdu

28.06.2024 17:14 317
Dünya futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi" (Hayfa) yoxlama oyununda qüvvəsini sınayıb.

"Football-plus.az" xəbər verir ki, "yaşıllar" İsrailin digər klubu "Makkabi" (Petah-Tikva) ilə üz-üzə gəlib. Qarşılaşma Hayfa təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" "Makkabi" ilə ilk oyunu iyulun 25-də, səfərdə cavab isə avqustun 1-də Bakıda keçirəcək.