SON DƏQİQƏ - Adil Şükürovu suçlayan futbolçu "Kəpəz"dən göndərildi

15.07.2024 09:37 3 520
Ölkə futbolu / Manşet
Yeni mövsümə hazırlığı davam etdirən "Kəpəz" daha bir futbolçu ilə yollarını ayırıb.

"Football-plus.az"a daxil olan məlumata görə, Gəncə təmsilçisi baş məşqçi Adil Şükürovun qərarıyla Elnur Cəfərovla vidalaşıb. Klub ötən yay "1+1" illik müqavilə imzaladığı futbolçuyla yenidən anlaşmaq istəməyib.

Xatırladaq ki, Elnur Cəfərov bir neçə gün əvvəl Adil Şükürovu bu sözlərlə ittiham edib:

“Adil Şükürov tanıdığı, bildiyi oyunçuları komandaya gətirir. Mənə dedi ki, sənə şans verməyəcəm. Futbolçunu sındırmağa nə var ki?! O belə deyəndə, açığı, ağlıma başqa şeylər gəldi. “Kəpəz”ə gələnlər var. Ad çəkmirəm ki, kiminsə xətrinə dəyməsin. “İmişli”yə göndəriləndə, fikirləşdim ki, görəsən, ona kim deyib ki, "oğlumu komandaya gətir?”

KƏNAN BAHADIR