"Kəpəz" 2023/24 "futbol ili"nin ikinci yarısı üçün hazırlıqlarını davam etdirir.
Gəncə təmsilçisinin "Səbail"dən Amil Yunanov, "Sabah"dan Camal Cəfərovu transfer etdiyini xəbər vermişdik. Komandaya gələnlərlə yanaşı, gedənlərin də olacağı bəllidi.
"Football-plus.az" bununla bağlı bilgi əldə edib.
Redaksiyamıza daxil olan məlumata görə, "sarı-göylər" Amilin keçidindən sonra legionerlərdən biriylə yollarını ayırmaq niyyətindədi. Söhbət Adama Nianedən gedir. Belə ki, baş məşqçi Adil Şükürov Amilə güvəndiyindən Malidən olan hücumçunun xidmətində maraqlı deyil.
Qeyd edək ki, gedənlər siyahısında Vladislav Vasilyuçeklə Elnur Cəfərov da var.
KƏNAN BAHADIR