“İmişli”nin yeni baş məşqçisi bəlli oldu

6.06.2024 16:18 3 309
Ölkə futbolu / Manşet
“İmişli”nin yeni baş məşqçisi müəyyənləşib.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə bölgə təmsilçisini Fərid Namazov çalışdıracaq. O, xələfi Əsgər Abdullayevi əvəzləyib.

Qeyd edək ki, gənc mütəxəssis daha əvvəl “Səbail”in akademiyasında çalışıb. B kateqoriyasına malik Namazov indiyə qədər U-16-nın köməkçi məşqçisi idi.

KƏNAN BAHADIR