“'Fənərbaxça'' Joze Mourinyo ilə yeni mövsüm üçün qarşısına ciddi hədəflər qoysa da, komandada hələ də hücumçu qıtlığı hiss olunur.
Ötən mövsümkü hücumçulardan yalnız Edin Ceko qalıb. Hücum xəttini bir yerli, bir əcnəbi futbolçu ilə gücləndirmək istəyən rəhbərlik Türkiyə yığmasının üzvünə rəsmi təklif göndərib. Söhbət Bertuğ Yıldırımdan gedir. İstanbul nəhəngi həm forvardın özü, həm də onun müqavilə ilə məxsus olduğu ''Renn'' ilə danışıqlara başlayıb. Yağız Sabuncuoğlunun xəbərinə görə ''Fənər'' fransızlara 6 milyon avro təklif edib. Ulduzu ''Hatayspor''da parlayan 21 yaşlı futbolçu ötən yay 5,4 milyon avroya ''Renn''ə transfer olunmuşdu. Bertuğ geridə qoyduğumuz mövsüm 31 rəsmi oyuna çıxaraq 2 qol, 2 məhsuldar ötürmə ilə fərqlənmişdi. O, Türkiyə yığması ilə AÇ-2024-ə yollansa da, heç bir oyunda meydana çıxmadı.
ƏLİ