• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə yığmasının ulduzu “Fənərbaxça”ya gələcəkmi?

Dünya futbolu

31-07-2023, 22:0

Bu yay heyətini 8 yeni futbolçu ilə gücləndirən, amma sonda Uilfrid Zaha uğrunda mübarizədə “Qalatasaray”a məğlub olan “Fənərbaxça” yenidən belə desək, qollarını çırmalayıb.

“Football-plus.az” xəbər verir ki, amma rəhbərlik heyətdəki legionerlərin bolluğunu və legioner limitinin mövcudluğunu nəzərə alaraq strategiyanı dəyişmək qərarına gəlib. Artıq “Fənər” yerli oyunçu statusunda olanlara maraq göstərməyə başlayıb. Eləcə də baş məşqçi İsmayıl Kartalın planlarına daxil olmayan legionerlərlə yavaş-yavaş yollar ayrılacaq. Hələ ki bu baxımdan üç futbolçunun adı çəkilir. Söhbət Qustavo Enrike, Dieqo Rossi və Villan Araodan gedir. Enrike ilə Rossinin adı gözlənilmədən “Zimbru” ilə oyundan öncə avroklubokların iştirak ərizəsindən çıxarılmışdı. Onların yerinə ərizəyə Samet Akaydın ilə Coşua Kinq daxil edilmişdi. Türkiyə mətbuatının yazdığına inansaq, hər iki futbolçuya özlərinə yeni klub tapmaq tövsiyə olunub. Araoda durum bir qədər fərqlidi. Onun adı hələ də iştirak ərizəsindədi. Düzdü, 31 yaşlı futbolçu “Zimbru” ilə oyunda iştirak etmədi. Araonun ayrılması barədə söz-söhbət onun sosial şəbəkədəki addımımdan sonra yayıldı. Belə ki, bu futbolçu sosial şəbəkədə “Fənər”in rəsmi səhifələrini təqibdən çıxarıb! Braziliyalı dayaq yarımmüdafiəçi komandaya ötən yay Jorje Jezuşun istəyi ilə 3 milyon avroya “Flamenqo”dan cəlb olunmuşdu. O ötən mövsüm 45 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürməlik performans sərgiləmişdi. Çox güman, qarşıdakı günlərdə “sambaçı”nın taleyinə aydınıq gələcək.
İstanbul nəhənginin transfer etmək istədiyi yerli oyunçulara gəlincə, bunların başında “Marsel”in vingeri Cengiz Ündər gəlir. Son günlər bu transfer ətrafında Türkiyə mətbuatında xeyli söz-söhbət gəzir. Deyilənə görə, “Fənər” rəhbərliyi artıq bu transferdə bir xeyli irəliləyib. Hətta Cengizin Türkiyəyə gəlməsi üçün Edin Ceko da işin içinə daxil edilib. Çünki bosniyalı ulduzla türkiyəli ulduz yaxın keçmişdə bir neçə il “Roma”da birlikdə top qovub. “Marsel” danışıqlara 15 milyon avrodan start versə də, sonradan bir qədər “aşağı endi”. “Fənər”in 4 milyon (və ya 5 milyon) avrosu bonuslarla olmaqla bu keçidi 12 milyon avroya tamamlayacağı gözlənilir. Cengizlə “Fənər” arasında artıq dördillik razılıq əldə olunub. Qalır yalnız klubların anlaşması. Hərçənd bəzi mənbələr iddia edir ki, “Marsel” futbolçusuna görə 20 milyon avro istəyir. 26 yaşlı futbolçu ötən mövsüm Fransa klubunun heyətində 46 rəsmi oyunda 5 qol, 6 məhsuldar ötürməlik performans sərgiləyib. Türkiyə yığmasında isə Cengiz indiyə qədər 49 oyuna 16 qol vurub. “Sarı-lacivərdlilər”in hədəfində olan digər yerli oyunçular “Roma”da top qovan Zəki Çəlik və Dortmund “Borussiya”sının şərəfini qoruyan Salih Özcandı. Cengiz kimi Zəki ilə Salih də Türkiyə yığmasının üzvüdü. Amma hələ ki bu iki oyunçu ilə danışıqlar prosesinin hansı mərhələdə olması barədə məlumat yoxdu. “Maliyyə feyr-pleyi” ilə bağlı sıxıntıları olan və yeni transferlərə lisenziya ala bilmək üçün bir neçə futbolçu ilə vidalaşmaq istəyən “Roma”nın Zəkinin gedişinə icazə verəcəyi istisna olunmur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-06-2023, 15:0

İsmayıl Kartalın transferinin detalları

Dünya futbolu

28-06-2023, 18:0

''Fənərbaxça''nın yeni baş məşqçisi 99 faiz bəllidi

Dünya futbolu

30-05-2023, 18:0

Ardaya görə 20 milyonluq 2 təklif

Dünya futbolu

8-07-2023, 16:0

''Fənərbaxça'' Rusiyaya kimləri aparmadı?

Dünya futbolu

23-07-2023, 14:0

Zaha ''Qalatasaray''ı seçəcək, yoxsa ''Fənər''i?

Dünya futbolu

27-02-2023, 23:0

“Fənərbaxça”da transfer fiaskosu davam edir

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə