“Qarabağ”ın rəqiblərinin ilk görüşü baş tutdu

9.07.2024 23:59 291
Premyer-liqa
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhləsinə start verilib.

“Football-plus.az” xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın ÇL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri üz-üzə gəlib. “Hamrun” Maltada Cəbəllütariq “Linkoln”unu qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Linkoln"un yeganə qolunu 37-ci dəqiqədə Ethan Britto vurub.

Bu komandalar arasında cavab görüşü iyulun 16-da keçiriləcək.