"Qarabağ"ın ÇL-də potensial rəqibi məlum olub - YENİLƏNİB

21.06.2023 14:26 317
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisinin ilk görüşü səfərdə olacaq.

2-ci təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.