“Qarabağ”ın potensial rəqibi bəlli oldu

18.07.2023 23:04 428
Manşet / Çempionlar Liqası
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur.

“Football-plus.az” xəbər verir ki, “Qarabağ”ın potensial rəqibləri “Flora” (Estoniya) və “Rakuv” (Polşa) komandaları üz-üzə gəlib. İlk matçda 1:0 hesablı qələbə qazanan polşalılar cavab görüşündə də rəqibindən üstün olub - 3:0.

Beləliklə, “Qarabağ” “Linkoln Red İmps” səddini keçəcəyi halda “Rakuv”la qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-26-sı, cavab matçları isə avqustun 2-3-ü keçiriləcək.