"Linkoln" Bakıda

18.07.2023 10:00 254
Çempionlar Liqası
Cəbəllütariq "Linkoln"u Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu üçün Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun Feysbuk hesabında paylaşım edilib. Komandanı daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

"Linkoln" paylaşımında bildirib:

"16 saatdan sonra sağ-salamat Bakıya çatdıq".

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Linkoln" matçı saat 20.00-da başlayacaq. Cəbəllütariqdə oynanılan ilk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.