Gözəlliyi ilə seçilən bu gənc xanım uruqvaylı futbolçu ilə ötən ilin martından etibarən eşq yaşamağa başlamışdı. Sosial şəbəkələrdə də geniş müzakirə olunan bu ikilinin hətta ailə quracağı da iddia edilmişdi. Amma bu ilin yanvarında onların münasibətləri bitmiş və hər ikisi birlikdə yer aldıqları şəkilləri öz səhifələrindən silmişdilər. Devrim Özkan susqunluğu pozaraq bunları deyib:
''O mənim üçün çox dəyərli insandı. Əminəm ki, mən də onun üçün eləyəm. Bu, insan həyatıdı... Biz nə birlikdə olarkən deyilənlərə, nə də sonradan danışılanlara önəm verdik. Əsil hekayəmizi bilirik. İkimiz də bir-birimizin həyatında iz buraxan gözəl insanlarıq''.
ƏLİ


