''Qalatasaray''ın üzvü tətilini türkiyəli aktrisa ilə keçirir

25.06.2023 15:52 299
Dünya futbolu
''Qalatasaray''ın uruqvaylı yarımmüdafiəçi Lukas Torreyra türkiyəli aktrisa Devrim Özkanın yenidən birlikdə olduğu üzə çıxıb.

"Football-plus.az" xəbər verir ki, bu ikilinin sevgili olması barədə şaiyələr mövsüm boyu dəfələrlə ortaya atılmışdı. Özkan dəfələrlə' Cim-Bom''un oyunlarını stadiondan izləmişdi. ''Qalatasaray''ın təşkil etdiyi bütün tədbirlərə birlikdə qatılan bu ikili şəkillərin ortaya çıxmasından sonra sadəcə dost olduqlarını bildirmişdilər. Sonradan onların ayrıldığı iddia edilmişdi. Guya Torreyra Özkandan öz peşəsindən əl çəkərək onunla evlənməsini istəmişdi. Aktrisa da buna əsəbləşərək münasibətə son qoymuş və karyerasına diqqətini yönəltmişdi. Amma sən demə onların münasibətləri davam edir. Bu ikili hazırda tətili Mayamidə birlikdə keçirirlər. Onlar dünən paparatsilərə yaxalanıblar. 24 yaşlı Devrim Özkan TRT1 kanalında yayınlanan ''Vuslat'' serialından sonra populyarlıq qazanmışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul