"Qalatasaray"dan iki transfer

8.08.2022 23:50 431
Dünya futbolu
"Qalatasaray" heyətini iki futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, Türkiyə klubu belçikalı hücumçu Dris Mertens və uruqvaylı yarımmüdafiəçi Lukas Torreyra ilə müqavilə imzalayıb. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı Mertenslə 1 illik sözləşmə imzalanıb. O, komandaya azad agent kimi qoşulub. 26 yaşlı Torreyra ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi “Qalatasaray”a 6 milyon avroya başa gəlib.