"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlarının başlama saatı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda keçiriləcək və saat 20.00-da başlayacaq.
Cavab görüşü isə iyulun 31-də Sekeşfehvarda olacaq. Sözügedən qarşılaşmaya isə Bakı vaxtı ilə saat 21.00-da start veriləcək.