"Zirə"nin Konfrans Liqasındakı ilk oyunlarının vaxtı bəlli oldu

23.06.2022 16:18 509
Konfrans Liqası
"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Təl-Əviv "Makkabi"si ilə keçirəcəyi oyunların başlama saatı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, iyulun 21-də Bakıda keçiriləcək oyun 20.00-da, iyulun 28-də Təl-Əvivdəki görüş isə Bakı vaxtı ilə 21.30-da start götürəcək.

İlk matç "Dalğa Arena"da, cavab oyunu isə "Blumfild" stadionunda baş tutacaq.