"Zirə"nin "Şerif"lə oyunlarının saatı və məkanı bilindi

24.06.2024 14:24 485
Avrokuboklar
Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə Moldova “Şerif”i arasında keçiriləcək oyunların başlama saatı və məkanı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Şerif"in rəsmi saytı məlumat yayıb.

İlk görüş iyulun 11-də “Şerif Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Cavab oyunu isə iyulun 18-də Mərdəkandakı "Liv Bona Dea Arena"da keçiriləcək. Bu oyunun start fiti saat 20.00-da veriləcək.

Qeyd edək ki, bu mərhələni adlayacaq komanda 2-ci təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Cənubi Kipr) cütünün qalibi ilə görüşəcək.