"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı bilindi

17.06.2022 15:24 1 213
Çempionlar Liqası
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la "Lex" arasında keçiriləcək oyunların vaxtı dəqiqləşib.

"Football-plus.az" Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar iyulun 5-də Poznanda qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Cavab görüşü isə iyulun 12-də Bakıda gerçəkləşəcək və saat 20.00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.