Ziyeş ''Qalatasaray''ın daimi oyunçusuna çevrildi

29.06.2024 12:41 298
Dünya futbolu
“Qalatasaray'' Hakim Ziyeşi daimi əsasda transfer edib.

İstanbul nəhəngi ötən yay tanınmış merakeşli vingeri ''Çelsi''dən pulsuz icarəyə götürmüşdü. Onun daimi transferi üçün müqavilədə yer alan şərtlər həyata keçdiyindən ''Cim-Bom'' Ziyeş ilə ''1+1'' illik müqavilə imzalayıb. 31 yaşlı futbolçu ötən mövsüm 3 milyon 857 min avro maaş almışdısa, 2024/25-də onun qazancı 2 milyon 850 min avroya bərabər olacaq. Gələn yay şərti müqavilə qüvvəyə minəcəyi təqdirdə Ziyeşin 2025/26-da da maaşı bu qədər olacaq.

Ulduz futbolçu ötən mövsüm ümidləri tam olaraq doğrultmadı. Zədədən heç də az əziyyət çəkməyən Ziyeş cəmi 23 rəsmi oyuna çıxaraq 8 qol, 4 məhsuldar ötürmə ilə fərqləndi. O cərimə meydançası xaricindən vurduğu qollarla diqqət çəkməyi bacardı.

ƏLİ